Azərbaycan manatının 30 yaşı tamam olur

Azərbaycan bu gün milli valyutası olan manatı dövriyyəyə buraxmasının 30 illiyini qeyd edir.

 

Turan xatırladır ki, onun hazırlanmasına ölkənin ilk Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə başlanılsa da, prosesin yekunlaşması növbəti Prezident Əbülfəz Əliyevin (Elçibəy) vaxtına – 15 avqust 1992-ci ilə təsadüf edib.

 

Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə olub. Əvvəlcə 1, 10 və 250 manatlıq, 1992-ci ilin noyabr ayında 5, 10, 20 və 50 qəpiklik, dekabr ayında 5 manatlıq, 1993-cü ilin mart ayında isə 50, 100, 500 və 1 000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb.

 

2005-cı ildə isə Azərbaycan denominasiya barədə qərar qəbul edib və 2006-cı ildən yeni nəsil pul nişanlarını dövriyyəyə buraxıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub.

 

Azərbaycan manatı müstəqilliyin ilk illərində sürətlə ucuzlaşıb. 1993-cü ilin sonunda ölkədə ABŞ dollarının rəsmi məzənnəsi köhnə pulla 118 manat olduğu halda, 1994-cü ilin sonunda 4 182 manata çatıb. Bundan sonra milli valyutanın məzənnəsi sabitləşib və uzun illər dolların qiyməti köhnə pulla 4 000 manat, yeni pulla isə 0,8 manat ətrafında dəyişib.

 

2015-ci ildə isə Azərbaycan Mərkəzi Bankı dünya bazarında neftin kəskin ucuzlaşdığını nəzərə alaraq, dolların məzənnəsini əvvəlcə 1,05 manata, daha sonra isə 1,55 manata bərabər müəyyən edib. Qurum 1-ci devalvasiyanın səbəbini valyuta ehtiyatlarını qorumaq istəyi ilə izah edib, 2-ci devalvasiyanın səbəbini isə “üzən məzənnə” rejiminə keçidlə əsaslandırıb. Bundan sonra Amerika valyutasının məzənnəsi 1,49-1,92 manat arasında dəyişib, 2017-ci ilin aprel ayından isə 1,7 manat olmaqla sabitləşib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.