Sumqayıtda yaşayış binasında yanğın olub.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, şəhərdə onmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 kvadratmetr olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 kvadratmetr sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, ərzaq malları 50 kvadratmetr sahədə və 4 ədəd kondisioner yanıb.
Yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb.
Mağazanın qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.