Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
APA bildirir ki, hadisə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük maşının sürücüsü, avtomobil nasaz olduğu üçün tunelin girişində nəqliyyat vasitəsini saxlayıb. Bu zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı minik maşını yük avtomobilinə çırpılıb.
Zərbənin təsirindən yük maşını tunelin beton divarına dəyib.
Qəza nəticəsində “Hyundai”ın sürücüsü ağır xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırma aparırlar.