Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 807 516 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, aktiv xəstə sayı 3 507 nəfərdir.
Ölkədə son sutka ərzində 3 438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.