Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 807 984 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794 621 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, aktiv xəstə sayı 3 579 nəfərdir.
Ölkədə son sutka ərzində 3 120, hazırkı dövrədək isə 7 116 736 test aparılıb.