Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 810 589 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, aktiv xəstə sayı 3 627 nəfərdir.
Ölkədə son sutka ərzində 3 614, hazırkı dövrədək isə 7 135 151 test aparılıb.