Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 815 523 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 802 256 nəfər müalicə olunaraq sağalıb, 9 825 nəfər vəfat edib, aktiv xəstə sayı 3 442 nəfərdir.
Ölkədə son sutka ərzində 3 503, hazırkı dövrədək isə 7 170 036 test aparılıb.