Qusar rayonunda 27 yaşlı qadının meyiti tapılıb.
"Report"un verdiyi xəbərə görə, rayon sakini, 1995-ci il təvəllüdlü Ellada Rauf qızı Əlifxanova yaşadığı evdə ölü tapılıb.
İlkin məlumata görə E.Əlifxanova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən öldürülüb.
Onun ölümündə şübhəli bilinən əri - Əlifxanov Zedik Muxtar oğlu saxlanılıb.
Ellada Əlifxanovanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.