Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? - ARAŞDIRMA

Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də vahid məktəbli forması məsələsi gündəmi zəbt edib.

 

Bu formanın tikilməsi ilə məşğul olan "Bakı Tikiş Evi" ASC-nin qarşısında hər gün izdiham yaşanır. Səhmdar cəmiyyəti izdihamı azaltmaq, valideynlərin formaları rahat əldə etməsi üçün məhsullarının bir qisminin satışını supermarketlərdə həyata keçirsə də, forma ilə bağlı narazılıq var və bunu sosial şəbəkələrdən də hiss etmək mümkündür. Bəs Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? Bu işlə digər tekstil müəssisələri niyə məşğul olmur? 

 

"Report" bu məsələni araşdırmağa çalışıb.

 

"Nazirlik formanı haradan almaq məsələsinə qarışmır"

 

Azərbaycanda məktəbli formaları ilə bağlı problemdən təhsil naziri Emin Əmrullayev məlumatlıdır. Nazir bu gün jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum yalnız formaların nümunəvi qaydada olmasına nəzarət edir, onu haradan almaq məsələsinə qarışmır: "Təbii ki, burada məcburiyyət yoxdur, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Məsələyə baxıla və ölçü götürülə bilər".

 

"İnhisarçılığa təcili son qoyulmalıdır"

 

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, "Bakı Tikiş Evi" bütün məktəbliləri vahid forma ilə təmin etmək üçün bir neçə ay öncədən işə başlamalı idi, amma bu, mümkün olmayıb: "Çünki gözlənilmədən məktəbli formasının dizaynının dəyişdirilməsinə qərar verilib və fabrik istehsala bu günlərdə başlamalı olub. Buna görə də, təchizatda çətinliklərin yaranması təbiidir. Düşünürəm ki, bu məsələdə inhisarçılığa təcili son qoyulmalı, digər oyunçuların da bu bazara daxil olmasına şərait yaradılmalıdır. Söhbət 1 milyondan çox şagirdin forma ilə təchiz edilməsindən gedir və bir fabrik bunu qısa müddətdə edə bilməz. Məktəbli formalarının tililməsi ilə yalnız "Bakı Tikiş Fabriki"nin məşğul olması həm də bazara keyfiyyətsiz formaların çıxmasına şərait yaradır".

 

"Məktəbli formalarının ehtiyatı yaradılmalıdır"

 

Onun sözlərinə görə, gələcəkdə digər məhsullar kimi məktəbli formalarının da ehtiyatı yaradılmalıdır ki, bazarda çatışmazlıq olmasın: "Bunun üçün isə formaların tikilməsi hansısa formada təşviq edilməlidir. Bu sahəyə xüsusi güzəştlər də verilə, sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlər çərçivəsində ehtiyatlar yaradıla bilər. O cümlədən fabriklərin 5-6 ay əvvəlcədən təsdiq edilmiş standartlara uyğun məhsullar istehsal etməsi, avqust-sentyabr aylarında bazara təklif etməsi üçün dövlət dəstəyinə ehtiyac var”.

 

"Bakı Tikiş Evi" inhisarçı olmadığını deyir

 

"Bakı Tikiş Evi"nin satış üzrə müdiri Etibar Əzimov isə deyir ki, əksər valideynlər forma almaq üçün onlara üz tutur, amma bu, o demək deyil ki, fabrik bazarda inhisar yaradıb: "Bu azad bazardır, istənilən şəxs məhsullarını bazara çıxara bilər. Məktəbli formalarının dizaynı ilə bağlı qərar gec qəbul olunduğu üçün yeni tədris ilinə iki ay qalmış istehsala başladıq. Hazırda bütün Bakı bizə müraciət edir. Biz də var gücümüzlə formaları tikməyə çalışırıq. Gün ərzində 1 000-1 500 uşaq üçün forma hazır edirik. Bizimlə heç kim müqavilə bağlamayıb, heç kim plan qoymayıb, heç kim sifariş verməyib. Biz öz təşəbbüsümüzlə tikirik. Parçanı başqa ölkədən böyük çətinliklərlə gətiririk. Bankdan kredit alırıq, tikib veririk. Biz adətən ordunun və polisin formalarını tikirik. Hazırda isə çalışırıq ki, uşaqların formalarını çatdıraq. Bəyan edilib ki, 1-4-cü siniflərin uşaqları formanı geyinməlidir. Bütün direktorlar da valideynləri göndərirlər ki, alsınlar".

 

"Sifariş olanda biz də tikirik"

 

“Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babeyeva isə deyir ki, onlar məktəbliləri forma ilə təchiz etməyə hazırdırlar, amma bunun üçün sifariş olmalıdır: "Biz uzun illərdir ki, bu işlə məşğul oluruq, sifariş olanda biz də məktəbli forması tikirik. Valideynlər bizə müraciət edə bilər. Sadəcə onlar tələsir, həm də məktəbli formaları ilə bağlı ölkədə yalnız bir müəssisə ad çıxarıb, sanki bu fabrikə yönləndirmə həyata keçirilir. Halbuki, bazarda biz və bizdən başqa da istehsaçılar var".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.