Sosial şəbəkələrdə Laçının Çorman kəndinin görüntüləri yayılıb.
Görüntülərdə mərhum Əməkdar artist Məhəbbət Kazımovun fotosunun onun doğulduğu kənddə asıldığı əks olunub.
Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi daha çox “Laçınım” mahnısı ilə tanınıb. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, “Laçınım” mahnısının sədaları altında dəfn olunub.
Ruhu şad olsun!