Sabah Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Senzor.az bildirir ki, bu barəddə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” qazpaylayıcı stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.