Bakıda qadın körpə övladını qətlə yetirib.
Senzor.az Suraxanı Rayon Prokurorluğuna istinadən bildirir ki, sentyabrın 9-da rayonun Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.