Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9 873 nəfər vəfat edib, aktiv xəstə sayı 2 060 nəfərdir.
Ölkədə son sutka ərzində 3 664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.