Bakı metrosunun qış hərəkət qrafikində dəyişiklik edildi

“Bakı Metropoliteni” QSC-nin qış hərəkət qrafikində dəyişiklik edilib və sərnişin sıxlığı nəzərə alınaraq pik saatların vaxtı gün ərzində 2 saat artırılıb.

 

Senzor.az bildirir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında faktı təsdiqləyib: “Əvvəlcədən sıxlıq yaranacağı təqdirdə, nəzərdə tutulmuş ehtiyat tədbirləri çərçivəsində səhər və axşam saatlarında pik saatların həcmi müvafiq olaraq 1 saat artırlıdı. Belə ki, ilk olaraq səhərlər pik saatlar 07:30-09:30 arası, axşam vaxtı isə 17:30-19:30 müəyyən edilmişdi. Amma ötən gün aparılmış monitorinqlər nəticəsində sərnişin sıxlığı  nəzərə alınaraq bu vaxtlar müvafiq olaraq 07:00-10:00 arası, 17:00-20:00 arasına dəyişdirilib.

 

Əlavə etmək istəyirəm ki, mütəmadi olaraq monitorinqləri davam etdiririk. Sərnişin sıxlığı azalarsa yenidən əvvəlki qaydada sərnişin daşınması həyata keçiriləcək”.

 

Qeyd edək ki, qış qrafikinə görə, qatarlar arasındakı interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda 2,5 dəqiqə müəyyən olunub. Gecə saatlarında isə interval 3 dəqiqəyə qədər artırıla bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.