Gədəbəy rayonunda atdan yıxılan 21 yaşlı oğlan aldığı xəsarətdən ölüb.
"Report"un məlumatına görə, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində olub.
Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üstündə gedərkən heyvan qəfil hürkərək özünü yaxınlıqdan keçən "VAZ-21021" markalı avtomobilə çırpıb.
Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.