Bakı metrosunda texniki nasazlıq aradan qaldırılıb.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Hazırda intervalların tənzimlənməsi prosesi gedir. Əksər marşrutlar üzrə intervallar normallaşdırılıb.
**20:30
Bakı metrosunda “Yaşıl” və “Qırmızı” xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, buna səbəb texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğuların əllə idarə olunması olub.
Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.