Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 19-21° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.