Sumqayıtda kərpic zavodunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində “İdeal Kərpic Zavodu” MMC-yə məxsus müəssisədə fəhlə işləyən 1993-cü il təvəllüdlü Allahverdiyev Güloğlan Bəkir oğlu bunker adlanan tikilidən yıxılıb. Ağır xəsarətlər alan 29 yaşlı işçi xəstəxanaya yerləşdirilib.
Amma tibbi müdaxiləyə baxmayaraq, o, Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.