Goranboyun və Xaçmazın yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli bərpa edilib - YENİLƏNİB

Goranboyun və Xaçmazın kənd və qəsəbələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.

 

Qeyd edək ki, küləkli hava şəraiti səbəbindən dünən axşam bu rayonların bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.


**09:58


Küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

"Report"un məlumatına görə, dünən axşam saatlarından başlayan güclü küləklə əlaqədar Qızılhacılı qəsəbəsində, Balakürd, Eyvazlı, Nərimanlı, Boluslu, Məşədiqaralar və daha bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Hazırda aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində işlər görülür.

**

Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində də elektrik enerjisinin nəqli kəsilib. Nəticədə dünən axşam saatlarından etibarən rayon ərazisində işıqın verilməsində fasilələr yaranib. 

Xaçmaz Regional Elektrik Şəbəkəsindən verilən məlumata əsasən, rayonda elektrik enerjisində yaranan fasilələrə səbəb havanın küləkli olması, elektrik xətlərinin köhnə və qəzalı vəziyyətidir. Həmin xətlərdə bərpa işlərinə başlanılıb. Artıq bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatını bərpa etmək cəhdləri davam etdirilir.

 

Qeyd edək ki, digər şəhər və rayonlarda da güclü külək müşahidə olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.