Bakı metropolitenində səhər saatlarında sərnişin sıxlığı yaranıb.
Senzor.az bildirir ki, sıxlıq əsasən metronun “Koroğlu” stansiyasında müşahidə olunub.
Sıxlıq metronun girişində daha çox qeydə alınıb. Əl yüklərinin yoxlanılması və tənzimləmə hərəkətdə fasilələr yaradıb. Bu səbəbdən sərnişinlərin axını ləngiyib, içəri daxil olmaq çətinləşib.
Şahidlərin sözlərinə görə, belə bir hal daha əvvəl metronun “Elmlər Akademiyası” stansiyasında da yaşanıb.