Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, 9 903 nəfər vəfat edib, aktiv xəstə sayı 1 282 nəfərdir.
Ölkədə son sutka ərzində 1 973, hazırkı dövrədək isə 7 238 737 test aparılıb.