Bakıda valideynlər şagirdin döyüldüyü məktəbə axın etdilər – YENİLƏNİB
VİDEO


Bakıda məktəblinin öz sinif yoldaşı tərəfindən döyüldüyü görüntülər yayıldıqdan sonra övladları həmin tədris ocağında oxuyan valideynlər ora axın ediblər.

 

Lent.az-ın hadisə yerində olan əməkdaşı həmin həyəcanlı valideynləri danışdırıb. Onlar eyni hadisənin öz övladlarının başına gələcəyindən qorxduqlarını bildirərək, müəllimlərin cəzalanmasını tələb ediblər.

 

Valideynlər Sabunçu rayon 112 saylı tam orta məktəbin qarşısında jurnalistə daha nələr deyiblər?


**09:56


Bakıda məktəbdə sinif yoldaşını döyən şagird və valideynindən izahat alındı



"Bakıda məktəbdə sinif yoldaşını döyən şagird və valideynindən izahat alınıb".

 

Bu barədə Bakıdakı 112 nömrəli tam orta məktəbdən məlumat verilib.

 

Bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülərdəki hadisə  sentyabrın 30-da tənəffüs zamanı baş verib: "Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

 

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.

 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

 

**09:47

 

"Paytaxtda yerləşən məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır".

 

Bu barədə İdarədən məlumat verilib.

 

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

 

"Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür", - məlumatda qeyd edilib.

 

**09.24

 

"Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb".

 

Bunu KİV-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

 

O bildirib ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir: "Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".

 

Qeyd edək ki, sosial şəbəkədə orta məktəbin sinif otağında bir şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.