Bakıda yaşayış binasında yanğın: 2 nəfər xəsarət alıb - YENİLƏNİB, FOTO

Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb.

 

Senzor.az bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov deyib.

 

“Hadisə Əlif Hacıyev küçəsi 19 ünvanında, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 11 saylı 2 otaqlı mənzildə baş verib. Otaqların arakəsməsi gipsoletdən olduğundan partlayış zamanı yüngül dağılıb. Həmçinin eyvandakı şüşələr sınıb. Yanğın 13 kvadratmetr ərazini əhatə edib”, - FHN rəsmisi qeyd edib.

 

“Deyilənə görə, mənzildə kirayənişinlər qalırmış. Hadisə zamanı yaşayış binasında heç bir xəsarət qeydə alınmayıb. Eyvanda deformasiyaya uğramış daşlar düşərkən iki  nəfər kəllə-beyin travması alıb. İlkin məlumata görə, onlar 16-17 yaşlı yeniyetmələrdir. Onlara ilkin tibbi yardım göstərilib, sonra xəstəxanaya aparılıblar”, - İ.Nəsibov vurğulayıb.

 

O qeyd edib ki, yanğın saat 23:12-də baş verib: “Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik dəstəsi, həmçinin yanğınsöndürənləri 4 dəqiqə sonra hadisə yerinə cəlb olunub. Yanğın 16 dəqiqə ərzində söndürülüb. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb".

 

Hadisənin başvermə səbəbi araşdırılır.  

 

**00:16


Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölən yoxdur.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Ərazidə DİN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb. 


**23:32(08.10.2022)


Bakının Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış olub.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.