Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rüstəm Xəlilov şübhəli şəxs qismində tutulub.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman 2 kiloqram 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
R.Xəlilov ifadəsində narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini və satış məqsədilə üzərində daşıdığını deyib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.