"Baku Steel Company”dən pulların köçürülməsi üçün 28 şirkət açılıbmış
MƏHKƏMƏ ZALINDAN

Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

 

Prosesdə ifadə verən şahid Natiq Həşimov bildirib ki, pulları çıxarıb “Azeri Steel 2009” MMC-nin mühasibi Mübariz Səmədova verib. O, “Azeri Steel 2009” şirkətinə dəmir qırıntıları təhvil verib, buna görə pul alıb.

 

Qeyd edib ki, şirkətlərə dəmirin pulu köçürülüb, həmin pulu çıxarıb Rasim Məmmədova verib. Şahid şirkətlərin hesablarına hansı dövrdə və nə qədər pul köçürüldüyünü xatırlamadığını vurğulayıb.

 

Daha sonra şahidin ibtidai istintaqa ifadəsi elan edilərkən məlum olub ki, 2003-2004-cü ildə Şirvanda hərbi xidmətdə olanda Elmar Ələkbərov adlı şəxslə tanış olub. İllər sonra onu görəndə söhbət əsnasında işsiz olduğunu, maddi baxımdan çətinlik çəkdiyini deyib. Bir müddət sonra Elmar Ələkbərov ona iş təklif edib: “Dedi ki, adıma şirkətlər açılacaq, ora köçürülən pulun 1.5-2 faizi də mənə veriləcək. Razılaşdım. Pul köçürüləndə gedib çıxarırdım hesabdan, aparıb Hacıya verirdim”.

 

Natiq Həşimovun istintaqa ifadəsində məlum olub ki, bu məqsədlər üçün ayrı-ayrı şəxslərin adına 28 şirkət təsis edilib: ““Azeri Steel 2009” MMC-dən həmin şirkətlərə nəqliyyat xərci adı altında pullar köçürülürdü. O pulları mən çıxarırdım, aparıb Mübariz Səmədova verirdim”.

 

Daha sonra prosesdə çıxış edən Rasim Məmmədov “Baku Steel Company”nin cinayət işində zərərçəkmiş kimi tanınmasına etiraz edib: “Bu zavodu alan mən, tikən mən, pulunu qoyan mən, tutulan da mənəm. Amma zərərçəkmiş kimi zavodu tanıyırsınız? Bu necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə, 22 aydır həbsdəyəm. Bu işdə məndən başqa heç kimə ziyan dəyməyib. 22 aydır valideynlərimi, uşaqlarımı görə bilmirəm. Heç olmasa, mənim işimdə “Baku Steel Company”ə zərərçəkmiş deməyin, üçüncü tərəf deyin. Mənim beynim qaçmışdı ki, 2010-cu ildən pul qoyum, zavod alım, inkişaf elətdirim, türməyə düşmək üçün? İndi zərərçəkmiş kimi burada iştirak edən adamlar mənim düzəltdiyim kabinetlərdə oturur, mənim zavodumdan maaş alır. Nə vaxtsa bu söhbətlərin üstü açılacaq, məni bura saldıranların özləri gəlib burada oturacaq. Kimisə şərləmək kişi işi deyil”.

 

Məhkəmə prosesi oktyabrın 14-də davam edəcək.

 

Trend xatırladır ki, ittihama görə Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

 

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.