Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək.
Senzor.az bildirir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd olunub ki, Kür sutəmziləyici qurğular kompleksindən paytaxta suyun verilməsi 2 magistral kəmərlə həyata keçirilir. Hazırda abonentlərin içməli su təchizatı digər kəmərlə aparılır.
Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.