Xəbər verdiyimiz kimi, ötən ay Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə bağlı müraciət yaymışdılar. Tələbələr “Vaz” adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildirmişdilər. Dairənin bağlanması həmin ərazidə yaşayan sakinlərin də narazılığına səbəb olmuşdu.
“Qafqazinfo” xəbər verir ki, artıq həmin ərazidə nəqliyyatın rahat geriyədönmə hərəkəti üçün işlər aparılır.
Bundan sonra geridönmə “Vaz” dairəsindən 700 metr sonra təşkil olunacaq. Daha 70 metr qət etməklə isə sözügedən dairəyə qayıtmaq mümkün olacaq.
Belə ki, ərazidəki dairə ləğv olunaraq hərəkət istiqaməti Saray qəsəbəsinə doğru dəyişdirilib. Buna qədər sürücü geridönmə üçün 6 km məsafə qət edirdisə, bundan sonra bu məsafə 1400 metr təşkil edəcək.