"Orta əsr Ağsu şəhəri" Qoruğunda Beynəlxalq Arxeologiya Günü qeyd edilib - FOTO

“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Beynəlxalq Arxeologiya Günü müxtəlif tədbirlərlə qeyd olunub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, arxeologiya üzrə mütəxəssislərin, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan Ağsu Qoruğunun direktoru Şölə Bayramova hər il dünyada oktyabrın üçüncü şənbə gününün Arxeologiya Günü kimi qeyd olunduğunu bildirib. Direktor vurğulayıb ki, Arxeologiya Günü çərçivəsində Ağsu Qoruğunda peşəkar bərpaçı-rəssam Cahangir Əhmədov tərəfindən “Arxeoloji tapıntıların bərpası və konservasiyası”, heykəltəraş və bərpaçı-rəssam Vüqar Quliyev tərəfindən “Parça üzərinə basmanaxış sənəti” üzrə kurslar keçirilir.

 

Sonra sənətşünas, Ağsu Qoruğunun Ekspozisiya və Kütləvi Ekskursiya Şöbəsinin müdiri Səma Alməmmədlinin qoruq haqqında təqdimatı dinlənilib. 

Bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağsu rayonunun Ülgüc kəndinin yaxınlığında yerləşir və 2019-cu il oktyabr ayının 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb. Qoruq ərazisində 12 tarixi abidə qeydə alınıb. 2010-cu ilin mart ayından “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Orta əsr Ağsu şəhərində qazıntılar aparıb və 3 illik tədqiqatlarda 1,5 hektar sahə açılıb. Qazıntı sahələrinin üzəri örtülüb və içərisində sərgi sahələri qurulub. S.Alməmmədli məlumat verib ki, şəhər Nadir şah tərəfindən 1735-ci ildə inşa olunub və 40 hektar sahəni əhatə edir. 

Sonra heykəltəraş Vüqar Quliyevin “Parça üzərinə basmanaxış sənəti” üzrə kursu keçirilib. Kurs soyuq Batika üsulu ilə Pazırıq (Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı) xalçası və Buta fiqurlarının parça və parçadan çantalar üzərinə basma üsulu ilə vurulması prosesini əhatə edib. Həkketmə prosesi zamanı tekstil rənglərindən istifadə olunub. Bildirilib ki, basmanaxış üzəri rənglənən xüsusi qəliblər vasitəsi ilə parçaya naxış salınmasından ibarət qədim xalq sənətidir. Basma qəliblər xüsusi qəlibkeş ustalar tərəfindən hazırlanırdı.

 

Daha sonra Azərbaycan və Avropanın bəzi ölkələrində daş, metal və keramikadan olan arxeoloji artefaktların bərpası və konservasiyası təlimlərinin iştirakçısı Cahangir Əhmədovun kursu keçirilib. O, tapıntıların konservasiya vəziyyəti, növünün araşdırılması prosesini izah edib, bərpa materiallarının testdən keçirilməsindən danışıb və materialların işlənib hazırlanması - bərkitmə, təmizlənməsinin icra olunması haqda məlumat verib. Kursda, həmçinin keramika materiallarının konservasiyası, təmizlənməsi və bərpası üsulları göstərilib. 

Tədbir çərçivəsində qoruqdakı abidələrə ekskursiya təşkil edilib, qazıntı sahələri - sənətkarlıq məhəlləsi, Cümə məscidi, buzxana və hamam-yaşayış kompleksi ilə tanışlıq olub.

 

Qeyd edək ki, kursların keçirilməsində məqsəd tələbə və gənc nəslin digər nümayəndələrinə arxeoloji irsin qorunması və öyrənilməsi kimi mütərəqqi bacarıqları aşılamaq, eləcə də onlarda abidələrimiz və maddi mədəniyyətimizlə bağlı təsəvvürləri genişləndirməkdir. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.