Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinindən külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Səmədov saxlanılıb. Onun üzərinə və evinə keçirilən baxış zamanı təmiz çəkisi 45 qramdan artıq metamfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.