Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti  əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz, Lənkəran rayonları akvatoriyasında, Kür çayında və Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Senzor.az-ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov jurnalistlərə bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Aleksandr Qolubev, Mahmud Cəfərov, Sumqayıt şəhər sakinləri Azər Əşrəfov, Sərxan Xanməmmədov, Siyəzən rayon sakinləri Elnur Mədətov, Şahlar Allahverdiyev, İntiqam Heydərov, Xaçmaz rayon sakinləri Cavanşir Kərimov, Ayaz Hacıyev, Seyidağa Məmmədov, Nəriman Osmanov, Şabran rayon sakinləri Asif Məmmədov, Aftandil Quliyev, Mirqurban Musayev, Salyan rayon sakinləri Daşqın və Məmməd Abbasovlar, Neftçala rayon sakini Mirpaşa Həşimov, Lənkəran rayon sakini Bəhrus Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 2150 metr uzunluğunda sintetik tor götürülüb.

 

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Salyan şəhər sakini Emin Nəsirov, Bakı şəhər sakini Qiyamin Xəlilov, Hacıqabul rayon sakini Xəyal Absalamov saxlanılıblar. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.