Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması üçün təkliflər səsləndirilib

Günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. İnsanların böyük əksəriyyəti yollarda qalır.


Senzor.az-ın məlumatına görə, bunu deputat Emin Hacıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.


O qeyd edib ki, problemin təhlili göstərir ki, məsələ yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır.


E.Hacıyev vurğulayıb ki, problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görmək laızmdır. Onun fikrincə, Abşeronda sərnişindaşımaya vahid prinsiplə yanaşmaq lazımdır.


“Sumqayıt-Bakı avtobuslarının avtovağzallararası işləməsi tələbi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn Bakı Dövlət Universitetinə, Bakı Dəmiryolu Vağzalına və s. ərazilərə avtobuslar təşkil olunsun. Bundan başqa, ictimai nəqliyyatdan istiafdəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin, Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm. Bu, şəxsi nəqliyyatdan istifadənin azaldılmasına kömək edər", - deyə deputat əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.