Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilib.
Senzor.az bildirir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.
AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.
Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.
Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.
Səsvermənin nəticəsi olaraq 73 yaşlı İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.
Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.