Pandemiya ondan öz məqsədləri üçün istifadə edən fırıldaqçılar kimi qorxulu deyil... “Chinar-Servis” İstehsalat-Kommersiya Firmasının (İKF) rəhbəri İlyas Sadıqovun redaksiyamıza daxil olan müraciətini və onun yardım çağırışını oxuyanda adam məhz bu qənaətə gəlir.
Onun oksigen istehsalı üzrə şirkəti Azərbaycan bazarında 1996-cı ildən təmsil olunur. Pandemiya zamanı İ.Sadıxovun biznesi minlərlə insanın həyatını xilas edib, lakin, necə deyərlər, taleyin hökmü ilə yüksək dairələrlə əlaqələri olan Nizami Hacıyevin maraq dairəsinə düşüb. N.Hacıyev həmin əlaqələrindən istifadə edərək gəlirli biznesi ələ keçirməyə çalışır. Və adətən olduğu kimi, Azərbaycan Femidasının tərəzisinin gözündə əlaqələr və lazımlı insanlar qanunu və sağlam düşüncəni üstələyir. Amma hər şey barəsində ardıcıllıqla…
İ.Sadıqovun sözlərinə görə, Nizami Hacıyev ona on ildir ki, narahatlıqlar yaradır, indi isə biznesini əlindən almağa çalışır. Hər şey 2011-ci ildə, “Chinar-Servis” şirkəti bu N.Hacıyevin vasitəçiliyi ilə Rusiyanın EXİM şirkətindən azot istehsalı üzrə avadanlığın alınması barədə müqavilə bağladıqdan sonra başlayıb. “Chinar-Servis” İKF və EXİM arasında bununla bağlı iki müqavilə imzalanıb. İ.Sadıxov elə həmin 2011-ci ildə 260 min dollar avans ödəyib, qalan hissəsini isə C. Hacıyevə il ərzində ödəyəcəyini öhdəsinə götürüb.
Lakin 2012-ci ilin mart ayında “Chinar-Servis” İKF-nin direktoru məcburi olaraq xaricə müalicəyə getməli olub, Bakıya qayıdarkən isə öyrənib ki, Nizami Rayon Prokurorluğunda N.Hacıyevə qarşı dələduzluq faktı ilə bağlı cinayət işi açılıb. Məlum olub ki, bundan əvvəl vasitəçi həmin texnikanı daha üç şəxsə satıb və onlardan 700 min dollardan artıq avans alıb. N.Hacıyevə qarşı cinayət işini bağlamaq üçün İ.Sadıqov, hətta AccessBank-dan 900 min dollar kredit götürmək məcburiyyətində qalıb. Amma N.Hacıyev avadanlığın qalan hissəsini bundan sonra da İ.Sadıqovun firmasına çatdırmayıb.
"Böyük qalmaqaldan sonra o, razılaşdırılmış texnikanı axır ki gətirdi, lakin o, yararsız vəziyyətdə idi. Sadə dillə desək, məni yenidən aldatdı. Cihazların bir hissəsi və hava təmizləyici bloku yox idi. Hacıyev bildirdi ki, bloku orada 480 min dollar borcu olan kreditorun borcunu bağlamaq üçün İrana göndərib", - deyə biznesmen bildirir. Qeyri-müəyyən vəziyyət uzanıb və necə deyərlər, qartopu kimi böyüyüb.
Uzun sürən danışıqlardan sonra 2014-cü ildə N.Hacıyev Ukraynadan "Yuqtehqaz" firmasının başqa təmizləmə blokunu gətirib. Bakıda bu avadanlığın gömrük rəsmiləşdirilməsi vaxtı “Chinar-Servis” alıcı, "Yuqtehqaz" PBX və "Kgiodep-n" ödəyicisi qismində "Kgiodep-n" şirkətinin hava təmizləmə bloku üçün 10 min dollar ödədiyi barədə müqavilə bağlayıblar.
Söhbətinə davam edən İ.Sadıqov deyir: "Blokun gömrükdən keçirilməsi prosesində Bakı Baş Gömrük İdarəsinin Maliyyə şöbəsi “Chinar-Servis” və "Kgiodep-n" arasında bağlanan ödəniş haqqında sənədi tələb etdi. Biz Nizami Hacıyevə müraciət etdik və o, öz imzası ilə əmin etdi ki, müqavilə 10 noyabr 2014-cü ildə 12500 manat məbləğində bağlanıb və bu qurumun keçmiş rəhbəri Vüsal Novruzova məktub göndərdi. Biz, həmçinin nəqliyyat və gömrük xidmətləri, yığımları üçün 7 min manat ödədik. Ancaq bizə satılan avadanlığın quraşdırılmasından sonra iki il müddətində onun yararsızlığı haqda ekspert rəyi ala bilmədik. Hava təmizləyici bloku sökmək və onu başqa bir cihazla əvəz etmək məcburiyyətində qaldıq. Ukraynanın "Yuqtehqaz" şirkətinin vətəndaş N. Hacıyevin vasitəçiliyi ilə bizə satdığı avadanlığı isə yararsız mal kimi metal tullantıları sexinə təhvil verdik".
Lakin N.Hacıyev bununla sakitləşməyib. O, Sabunçu Rayon Məhkəməsində “Çinar-Servis”ə qarşı iddia qaldıraraq müqavilənin ləğv edilməsini və təmizlik qurğusunun ona qaytarılmasını tələb edib. Guya “Çinar-Servis” ona pul verməyib. Məhkəmə prosesində istehsalçı şirkət N.Hacıyevin sifariş üçün pul aldığı barədə yazılı sənəd təqdim edib. O, əvvəlki ifadəsindən imtina etmək istəsə də, məhkəmə-tibb ekspertizası imza və möhürün N.Hacıyevə məxsus olduğu qənaətinə gəlib.
Eyni zamanda, məhkəmə N.Hacıyevin şirkətin təsisçisi, onun oğlu Ramin Hacıyevin isə direktor vəzifəsini tutması barədə qərar qəbul edib. Nəticədə qeyri-qanuni məhkəmə qərarı çıxarılıb ki, guya pulu oğul yox, ata alıb və avadanlıqlar sonuncuya qaytarılmalıdır.
“Ramin Hacıyev “Kriogen-n” şirkətinin direktoru olmasına baxmayaraq, biz onu heç vaxt şəxsən görməmişik, o da məhkəməyə gəlməyib”, - Sadıqov deyir. - Bundan sonra “Çinar-Servis”ə məxsus zavoda məhkəmə icraçıları gəldi. Metal qırıntıları üçün təhvil verilən avadanlığın ekspertizadan keçirilməsini təklif etdik, bütün məbləği qaytaracağımıza və ya eynisini alıb Nizami Hacıyevə qaytaracağımıza söz verdik. Lakin Hacıyev bundan imtina etdi. Binəqədi və Apellyasiya məhkəmələrinə müraciət etdik, amma heç birində şikayətimizi qəbul etmədilər”.
2017-ci ildə H.Hacıyevə bağlı yüksək vəzifəli məmurların təsiri ilə məhkəmələrimiz qanunsuz olaraq onsuz da mövcud olmayan (“metalloma” verilmiş) avadanlığın ona qaytarılması barədə qərar çıxarıblar. Bu arada, 2020-ci ilin fevralında Sabunçu məhkəməsində hakim Zaur Piriverdiyevin sədrliyi ilə keçirilən prosesdə də qanuna və sağlam düşüncəyə sığmayan qərar çıxarılıb. Məhkəmə “Çinar-Servis” İKF-ni 12 min 500 manatlıq nasaz aqreqata görə N.Hacıyevə 2 milyon 800 min manat ödəməyə məcbur edib! Belə görünür ki, işlər biznesin ələ keçirilməsinə doğru gedir.
“Nizami Hacıyev yüksək vəzifəli məmurların himayədarlığından istifadə edərək mənim istehsalat seximi ələ keçirməyə çalışır, - Sadıqov deyir. - Məhz bu məqsədlə Ədliyyə Nazirliyinin İstintaq İdarəsi mənə cinayət işi açıb. Hacıyev dəfələrlə məni keçmiş baş prokuror Zakir Qaralovun adı ilə şantaj etməyə cəhd edib, çünki baş prokurorun qardaşı Tahir Qaralov onun yaxın dostudur”.
Bütün bunların oksigen istehsalçısının başına pandemiyanın qızğın çağında gətirilməsi adamı daha çox heyrəttləndirir. “Çinar-Servis” şirkəti ölkənin 20 klinikasını və modul müalicə mərkəzini təchiz edir. Təkcə son bir ildə bu şirkət yerli xəstəxanaları 1 milyon 500 min manatlıqdan çox oksigenlə təmin edib - bu həcm 6 min xəstənin gündəlik ehtiyacını ödəyir.
Fırıldaqçıların tamah saldığı “Çinar-Servis” şirkəti öz xeyriyyəçiliyi ilə də tanınır – bir çox vətəndaşlarımız orada oksigeni pulsuz əldə edirlər.
“Ölkə klinikalarında 300 min manatlıq avadanlıqlarımız pulsuz quraşdırılıb, - İ.Sadıqov bildirir. – Virusun yayılmasının qızğın vaxtında şirkətimizlə hər gün 400-ə qədər vətəndaş əlaqə saxlayıb. Hamısı da pulsuz oksigen alıb və qəbul edib! Bunu bütün ölkə bilir, hətta bizə gələn təcili yardım maşınları da bizdən pulsuz oksigen alırlar. İndi müəssisəmiz bağlanmaq təhlükəsi altındadır, bu o deməkdir ki, xəstəxanalar, koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan modul mərkəzlər üçün havaya çıxış bağlanacaq. Bir sözlə, xəstələrin həyatı və sağlamlığı təhlükə altındadır... Halbuki pandemiya zamanı oksigen qızıla bərabərdir. Bütün postsovet ölkələri qıtlıq hiss edirlər. Hətta Rusiya Finlandiya və Çindən kovid xəstələri üçün oksigen almaq məcburiyyətindədir. Bizim respublikamızda isə “Chinar-Servis”in sayəsində çatışmazlıq yox idi".
İ.Saqıqov və “Çinar-Servis” şirkətinin kollektivi baş vermiş bu biabırçı insidentin obyektiv araşdırılması və qanunsuz qərarlar çıxaran hakimlərin məsuliyyətə cəlb edilməsi xahişi ilə dövlət başçısına, Birinci vitse-prezident Mehriban Əliyevaya və dövlət qurumlarına müraciət edirlər…("Korrespondent.az")