Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqların başladığını və tam sürətlə getdiyini açıqlayıb.
Senzor.az bildirir ki, Orban bu barədə X sosial şəbəkəsində yazıb.
"Mənim dünən axşam Prezident Donald Trampla telefon danışığım oldu. ABŞ-Rusiya sülh sammitinə hazırlıq tam sürətlə gedir. Macarıstan sülh adasıdır".
Viktor Orban bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparmağı planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. ABŞ Prezidenti Budapeştdə görüşməyi təklif edib və Rusiya bu ideyanı bəyənib.
Görüşün dəqiq tarixi hələ məlum deyil.