Bu gün Madaqaskar Ali Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrin polkovniki Maykl Randrianirinanın keçid dövrünün Prezidenti təyin olunmasını təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, artıq dövlət başçısı kimi and içib.
Mərasimdə siyasi partiyaların liderləri, ABŞ, Almaniya, Fransa və Aİ səfirləri iştirak ediblər.