Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında danışıqlar başa çatıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, əvvəlcədən planlaşdırıldığı kimi, görüşdən sonra Tramp Floridadakı malikanəsinə, Zelenski isə təkbaşına mətbuat konfransı keçiriləcəyi məkana yollanıb.
Bildirilir ki, görüş nəzərdə tutulduğundan daha uzun - 2 saatdan artıq davam edib.