Göyçayda avtomobil su kanalına aşıb.
"Report" xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sürücü Habil Məhəmmədəli oğlu Talıbovun meyiti sakinlərin köməkliyi ilə sudan çıxarılıb.
Faktla bağlı cinayət işi açılıb.