Ermənistanda İcevanın keçmiş meri Varujan Nersisyan və oğlu saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, keçmiş mer çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Onun oğlu da eyni iş üzrə saxlanılıb.