
Senzor.az bildirir ki, hadisə dekabrın 7-də metronun "Gənclik" stansiyasında qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov qatar hərəkət edərkən üstünə benzin tökərək özünü yandırmaq istəyib. Ərazidə olan şəxslər gəncin özünü yandırmasının qarşısını alıblar.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.