Mikayıl Cabbarov Federasiya prezidenti seçildi –
YENİ HƏDƏFLƏRƏ DOĞRU
Azərbaycan Güləş Federasiyasının yeni prezidenti seçilib.
 
Senzor.az bildirir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov federasiyanın yeni prezidenti olub.
Mikayıl Cabbarov mətbuat konfransında deyib ki, Azərbaycan güləşinin uğur qazanması üçün əlindən gələni edəcək: “İlk növbədə, federasiya üzvlərinə təşəkkür edirəm. Göstərilən etimad və güləş ailəsinin üzvü olmaqdan şərəf duyuram”.

O bildirib ki, güləş Azərbaycan xalqının canında və qanında olan idman növüdür: "Bizim güləşdə Avropa, dünya və olimliya çempuonlarımız var. Hər idman növündə uğurlar daha da çox ola bilər. İcraiyyə Komitəsinin üzvləri, məşqçilər və mütəxəssislərlə birlikdə bu idman növünün kütləviliyinin artırılmasına çalışacağıq".
 
M.Cabbarovun sözlərinə görə, digər hədəf idman nailiyyətlərinin əldə olunmasıdır: "Azərbaycanda güləşə olan diqqət və qayğı göz qabağındadır. Üzərimə düşən məsuliyyəti dərk edərək, qeyd etdiyim mütəxəssislərlə əl-ələ verərək Azərbaycan güləşinin uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam".
 
"Hər idman növündə olimpiadada qızıl medal əsas hədəfdir. Azərbaycanın güləş növündən qızıl medal gözləməyə haqqı var. Qısa müddətdə federasiyamızda İcraiyyə Komitəsi formalaşacaq, daha sonra fəaliyyət planı idman ictimaiyyətinə təqdim ediləcək", - deyə yeni federasiya prezidenti vurğulayıb.
 
Qeyd edək ki, bunadək prezident əvəzi sayılan Namiq Əliyev vitse-prezident kimi fəaliyyətini davam etdirəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.