Adil Qeybulla Saleh Rüstəmovla görüşüb - “XAHİŞ ETDİM Kİ, ACLIĞI DAYANDIRSIN”
“Saleh Rüstəmovla dünən axşama yaxın görüşdüm. Vəziyyətini qənaətbəxş saymaq olar”.
 
"Qafqazinfo" xəbər verir ki, bu sözləri həkim Adil Qeybulla deyib. 
 
Onun sözlərinə görə, hazırkı vəziyyətdə həyati riski olmasa da, S.Rüstəmov aclığı dayandırmalıdır: “Saleh bəyi gözlədiyimdən daha yaxşı gördüm. Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşdük. Öz ayağı ilə görüş otağına gəldi. Müəssisədəki xidmətdən razı olduğunu bildirdi. Hazırda həyatı üçün hər hansı risk yoxdur. Çəkisində qismən azalma var. Yemək yemir, amma su qəbul edir. Həkim kimi xahiş etdim ki, aclığı dayandırsın”.
 
Qeyd edək ki, qanunsuz həbs olunduğunu iddia edən Saleh Rüstəmov bir müddətdir ki, aclıq elan edib. Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində kompleks müalicə alır.
 
O, I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddət əvvəl Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gəldikdən sonra həbs edilib. O, narkotik maddələri saxlamaqda ittiham olunub. Sonradan cinayət işinə S. Rüstəmlinin qanunsuz sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları da əlavə olunub.

Onu da xatırladaq ki, dünən deputat Vahid Əhmədov Prezident İlham Əliyevə S. Rüstəmovun azadlığa buraxılması üçün müraciət edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.