Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Məhkəmə dekabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
O, 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.