Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz dəfn edildi - FOTO
YENİLƏNİB
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz, 2002-ci il təvəllüdlü əsgər Əliyev Asif Adil oğlu Zarat kəndində torpağa tapşırılıb. 

A.Əliyev Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.


Allah rəhmət eləsin!


**21:25


Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilir.


"Report"un məlumatına görə, şəhidin nəşi Siyəzənin Zarat kəndində yaşayan ailəsinə təhvil verilib.

Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.


Şəhid A.Əliyev Zarat kənd qəbirstanlığında dəfn olunacaq.





































Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.