
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu yarımadada və Bakıda gecə gecə 7-9°, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8°, gündüz 8-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-9° isti olacaq.