
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.
Araşdırma aparılır.