
Senzor.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 avtobus tıxacda qalıb və gecikir.
Ziya Bunyadov prospektində 20 Yanvar istiqamətində isə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.
Bakı Sumqayıt şosesi mərkəz istiqamətdə də tıxac var. Bu səbəbdən həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda da gecikmələr müşahidə olunur.
