
"Report"un məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, "VAZ-2106" markalı avtomobil körpü yaxınlığında idarəetmədən çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü K.Həsənzadə və 2003-cü il təvəllüdlü T.Namazov xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıb. Qəza zamanı nəqliyyat vasitəsinin sürücüsü isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.
Faktla bağlı araşdırmalara başlanılıb.