SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açdı - ŞUŞA, AĞDAM VƏ FÜZULİDƏ DƏ YENİ YDM-lər TİKİLİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gorus-Qafan yolunun Qubadlı rayonu ərazisindən keçən hissəsində inşa etdiyi yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
 
Senzor.az
bildirir ki, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndi ərazisində tikilib.
 
Bugünkü açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib.
 
R.Abdullayev jurnalistlərə açıqlamasında deyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycanın - SOCAR-ın ilk yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayır. Bu məntəqə beynəlxalq yanacaqdoldurma məntəqəsidir. Ondan həm yoldan istifadə edən xarici vətəndaşlar, həm də yerli sakinlər istifadə edəcəklər. Bu tədbirlər işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri çərçivəsində həyata keçirilir. Azad olunan torpaqların qazla təmin edilməsi proqramı da layihələndirilir və tez bir zamanda bu istiqamətdə də işə başlanacaq”.
 
R.Abdullayevin sözlərinə görə, Şuşa, Ağdam və Füzulidə də yeni YDM-lərin tikintisi davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.