Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri, rüşvət almaqda təqsirləndirilən Əjdər Cəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Senzor.az bildirir ki. cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, Əjdər Cəbiyev (Ol) həm də yazıçı kimi fəaliyyət göstərib. O, nazirlikdə Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə Aparat rəhbəri işləyib.