DİM bu gün sınaq imtahanları keçirdi – NƏTİCƏLƏR NƏ VAXT BİLİNƏCƏK?
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni, III ixtisas qrupunda həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni, həmçinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrlar və Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanları keçirilib.
 
DİM-dən senzor.az-a bildirilib ki, imtahanlar saat 11:00-da başlayıb. COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında iştirakçılar bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.
 
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunub. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.
 
III ixtisas qrupunda həm DT, həm də TC altqruplarından imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçirilib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 1 həftə ərzində elan ediləcək.
 
Magistraturaya qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilib. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.
 
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçirilən sınaq imtahanı isə Bakı şəhərində təşkil olunub. İmtahan nəticələri yaxın 2-3 gün ərzində açıqlanacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.